“Wi-Fi ” Azərbaycanın mobil operatorlarının gəlir mənbələrindən biri olacaq

Mobil texnologiyalardan istifadə yeni texnoloji trend olacaq. Azərbaycan bu trend vasitəsilə yaxın gələcəkdə hərəkət edəcək. Bunu Trend-ə “Cisco” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov deyib.
Onun sözlərinə görə, ölkədə gözlənilən dəyişikliklər arasında simsiz rabitənin, xüsusilə də Wi-Fi-dan istifadənin əhatə dairəsinin genişlənməsi olacaq ki, bu da sonra operatorların gəlir mənbələrindən biri ola bilər.
V.Orlov bildirib ki, məsələn, “ASAN xidmət”in son istifadəçilərə göstərdiyi servisləri mobil texnologiyalar üzrə əldə etmək olardı: “Bu, vətəndaşlara xidmət göstərmək baxımından səmərəli ola bilər”.
O, qeyd edib: “Biz informasiya texnologiyalarının inkişafı və ölkənin İT strategiyasının formalaşması istiqamətində yerli dövlət qurumları ilə qarşılıqlı fəaliyyətə diqqət ayıracağıq. Azərbaycanda İT sahəsinin dinamik inkişafı anlayışı mövcuddur və bu, informasiya cəmiyyətinin inkişafı üzrə ölkə strategiyasında nəzərə alınmalıdır. Məsələn, 3-4 il əvvəl hazırda reallığa çevrilmiş gələcək texnoloji trendləri heç kəs nəzərə ala bilməzdi. Buna görə də yaxın illərdə əsas diqqət “Mobility” və virtuallaşma texnologiyalarına ayrılacaq”.
V.Orlovun sözlərinə görə, söhbət ondan gedir ki, vətəndaş “bir toxunuş”la dövlətdən almaq istədiyi xidmətləri əldə edə bilsin.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO