“Vətən çağırır” kitabı çapdan çıxıb

Hərbi vətənpərvərliyi təbliğ edən kitab ictimaiyyətə təqdim olunub

Hərbi jurnalist, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızının Qarabağ savaşına həsr edilmiş “Vətən çağırır” kitabı işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın bu gün təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunub. 5 bölümdən ibarət kitabın I bölümündə müəllifin özünün bilavasitə iştirak etdiyi döyüş xatirələri, II bölümdə sənədli hekayələr, III bölümdə Qarabağ döyüşləri və döyüşçüləri, IV bölümdə fədakar jurnalistlər, V bölümdə publisist yazılar və müsahibələr öz əksini tapıb.

Mərasimdə çıxış edən Qarabağ döyüşçüləri, ehtiyatda olan zabitlər, ziyalılar kitabının
gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyənə böyük təsiri göstərəcəyini bildiriblər. Bu səbəbdən də belə kitabların daha çox böyük tirajla çap olunmasının vacib olduğu söylənilib.

Tədbirin sonunda iştirakçılar hərbi vətənpərvərliklə bağlı bu cür kitablara və tədbirlərə dəstək verdiyinə görə dövlət başçısına, QHT Dövlət Dəstək Şurasına öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, kitaba ön sözü əməkdar incəsənət xadimi Baba Vəziroğlu yazıb, redaktor isə Elnurə Qarayevadır.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO