Vüqar Səfərli əsasən aparıcı KİV nümayəndələrinin evlə təmin olunacağını dedi

Azərbaycanda əsasən aparıcı KİV-in nümayəndələri evlə təmin olunacaq. Bunu cümə axşamı “Trend”ə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

“Azərbaycanda jurnalistlər üçün tikiləcək binada əsasən aparıcı mediaların nümayəndələri evlə təmin olunacaq. Elə kriteriyalar seçiləcək ki, qeyri-peşəkar jurnalistlər ora sənəd verməsin” – Səfərli əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna beş milyon manat vəsait ayrılması qeyd olunur. Səfərli bildirib ki, binanın tikintisi üçün layihə hazırdır. “Sadəcə texniki məsələlər qalıb. Bu məsələlər həll olunduqdan sonra jurnalistlər fərdi qaydada öz sənədlərini təqdim edəcək” – Səfərli əlavə edib. Evlərin tikilməsi üçün Bayıl qəsəbəsində 50 sot torpaq sahəsi ayrılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO