Vüqar Səfərli jurnalist təşkilatlarından şikayətləndi

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi müsabiqəsinə cəmi 15 layihə təqdim olunub. Məlumatı “Media forum” saytına fondun icraçı direktoru Vüqar Səfərli verib.

Layihələrin qəbulu avqustun 25-də bitəcək. Müsabiqə avqustun 2-də 15 istiqamət üzrə elan olunub:

1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi;

2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

4. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

5. qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması;

6. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

7. azərbaycançılıq ideyasının təbliği;

8. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

9. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

10. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

11. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

12. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

13. ekologiya və ətraf mühitin mühafizəsi;

14. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

15. KİV-in əməkdaşlarının peşəkarlığının artırılması.

Layihə üçün maksimum məbləğ 25 000 (iyirmi beş min) manat müəyyən edilib. Hər qurum bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə 3 layihə maliyyələşdiriləcək.

V.Səfərli layihələrin təqdim olunmasından danışarkən jurnalist təşkilatlarının ləng işləməsindən şikayətlənib: “Artıq təcrübə göstərir ki, müsabiqələrdə yazılar, yaxud layihələr bir qayda olaraq sonuncu həftədə təqdim olunur. Biz də gözləyirik ki, layihələrin təqdim olunması bu həftə sürətlənəcək”.

“Media forum” BAMF BMT-nin AYIRDIĞI YARDIMLARI ÜNVANINA ÇATDIRIB
2010-08-16 – 13:27:00
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” t ardı >>>

“MEDİA FORUM” SAYTININ KOLLEKTİVİ MƏZUNİYYƏTDƏN QAYIDIB
2010-08-16 – 09:03:00
Hörmətli oxucular! “Media forum” saytının kollektivi məzuniyyətdən qayıdıb. Avqustun 16-dan redaksiya iş başındadır. Hamınız& ardı >>>

AĞDAMA HƏSR OLUNMUŞ “QAFQAZ XİROSİMASI” FİLMİ TƏQDİM EDİLİB (Video)
2010-07-23 – 18:52:00
İyulun 23-ü Bakıda açılan “Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərgi zamanı “İnam” Plüralizm Mərkə ardı >>>

AYRAVANA-AYRAVANA ÇANDRİKƏ – 2
2010-07-21 – 15:16:00
Asəf QULİYEV Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədriasqa13@rambler.ru – Ayravana, ayravana &# ardı >>>

“Vesti.Az”ın BAŞ REDAKTORU ARAZ ZEYNALOV: “REYTİNQ MÜVƏQQƏTİ GÖSTƏRİCİDİR”
2010-07-21 – 13:39:00
“Media forum” saytının suallarına Azərbaycanda rus dilində fəaliyyət göstərən “Vesti.Az” xəbər saytının baş redaktoru Ara ardı >>>

Y

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO