Vüqar Səfərli: «Evsiz jurnalistlərin sənədləri 2013-cü ildə qəbul ediləcək»

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli evsiz jurnalistlər üçün tikilən mənzillərlə bağlı yeni məlumat verib.
Modern.az-ın məlumatına görə, tikinti işlərinin təsdiq olunmuş qrafikə əsasən aparıldığını və heç bir yubanma olmadığını deyən icraçı direktor “Mövqe” qəzetinə açıqlamasında hazırda binanın 8-ci mərtəbəsində tamamlama işləri getdiyini vurğulayıb.

Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq tam təmirli mənzillərin 2013-cü ilin sentyabrında jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

“Jurnalistlərdən sənədlərin qəbulu 2013-cü ildə həyata keçiriləcək. Evlərin verilməsi üçün əvvəlcədən müəyyən kriteriyalar müəyyənləşəcək. Həmin kriteriyalar kütləvi informasiya vasitələrində elan ediləcək. Bu elandan sonra jurnalistlər fərdi şəkildə aidiyyəti üzrə tələb olunan sənədləri toplayaraq Fonda təqdim edəcəklər”.

V.Səfərli bildirib ki, evlə bağlı jurnalistlərdən, jurnalist təşkilatlarından, hətta aidiyyəti olmayan təşkilatlardan da Fonda müraciətlər edilir və onlara müvafiq cavablar verilir.

”Bir daha jurnalistlərin nəzərinə çatdırmaq istərdik ki, hər hansı jurnalist təşkilatının məsələ ilə bağlı məktubla müraciət etməsinə ehtiyac yoxdur. Əvvəl də qeyd etdiyim kimi, jurnalistlər ev almaq üçün sənədləri yalnız fərdi qaydada təqdim edəcəklər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO