Virtual oxu zalı

Virtual oxu zalıAprelin 6-da M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasında müdafiə olunan bütün elm sahələri üzrə namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalının açılış mərasimi olub. Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev açaraq, müasir dövrdə elektron informasiya daşıyıcıları xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Mənə verilən məlumata görə hal-hazırda Milli Kitabxanada 7 min 842 dissertasiya saxlanılır. Onlardan 1300-ü virtual bazaya daxil edilib. Dissertasiyalar Azərbaycan, rus, türk və s. xarici dillərdədir. Bu çox vacibdir. İstifadəçilər müxtəlif dillərdə olan dissertasiyalar və avtoreferatlarla tanış ola bilərlər.”
Daha sonra çıxış edənlər – AMEA-nın birinci vitse prezidenti Arif Həşimov, Təhsil nazirinin müavini İradə Hüseynova, Milli Məclisin Mədəniyyət məsələləri üzrə komissiyanın sədri Nizami Cəfərov və başqaları virtual oxu zalının əhəmiyyətindən bəhs ediblər. Sonda dissertasiyaların elektron bazası nümayiş etdirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO