Viktor Pelevinin “Omon Ra ” əsəri Azərbaycanda nəşr olunub

Viktor Pelevinin "Omon Ra" əsəri Azərbaycanda nəşr olunubRusiyanın tanınmış postmodern yazıçısı Viktor Pelevinin “Qanun” nəşriyyatında “Ən yeni tərcümə” seriyasından məşhur “Omon Ra” romanı nəşr olunub. Bu, tanınmış rus yazarının Azərbaycanda nəşr olunan ilk kitabıdır. Kitabın Azərbaycanda yayım hüquqları “Qanun nəşriyyatı”na məxsusudur. “Oman Ra” yazar Günel Mövlud tərəfindən tərcümə olunub. Yazıçı “Omon Ra” (1991) romanını baş qəhrəmanın adı ilə adlandırıb. Süjet Sovet kosmonavtlarının Aya uçuşuna hazırlığı üzərində qurulub. Onlardan biri kitabm baş qəhrəmanı – Omon Krivomazov həm uçuşun özündə, həm də kosmonavtikanın “ifşasında” iştirak edir. Viktor Pelevinin özünün etirafına görə, kitabda simvolik mənada kommunist cəmiyyətini, “Sovet Kosmosu”nu ifadə edən “tonal” ideyasından istifadə edilib. Kitab kosmonavtlara deyil, əlahiddə “Sovet kosmosu”nda yaşayan sadə adamlara – “Sovet kosmosu qəhrəmanları”na həsr edilib. 1993-cü ildə Viktor Pelevinin “Omon Ra” povesti iki ədəbi mükafata – “İnterpresskon” və “Bronzovaya ulitka” mükafatlarına layiq görülüb. Hər iki mükafat “Orta forma” kateqoriyasında verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO