“Veçerni Peterburq ” qəzetində “Azərbaycanın kədəri ” məqaləsi dərc olunub

"Veçerni Peterburq" qəzetində "Azərbaycanın kədəri" məqaləsi dərc olunubGündəlik “Veçerni Peterburq” qəzetində baş konsul Qüdsi Osmanovun Xocalı faciəsi ilə bağlı “Azərbaycanın kədəri” məqaləsi çap olunub. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər barədə oxuculara ətraflı məlumat verilib.
Müəllif məqalədə Azərbaycan xalqının bütün millətlərlə sülh şəraitində yaşamağa qadir olduğunu bildirib: “Xalqımız bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinə tərəfdardır. Amma insanlığa qarşı törədilmiş cinayətlər – soyqırımı faktları mübahisə mövzusu deyildir. Soyqırımı faktını tarixin arxivinə atmaq olmaz. Bu fakt açıq məhkəmə, günahkarların cəzalandırılmasını tələb edir.”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO