Ulu öndər Heydər Əliyev haqqında ilk ispandilli internet saytı

Ulu öndər Heydər Əliyev haqqında ilk ispandilli internet saytıAzərbaycanın Meksikadakı səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin yad olunması ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsini (www.heydar-aliyev.mx) geniş ispandilli ictimaiyyətin istifadəsinə təqdim edib. Səfirlikdən verilən məlumata görə, internet səhifəsində ulu öndərin bioqrafiyası, keçdiyi həyat yolu və xalqımızın gələcəyi naminə uzaqgörənliklə düşünülmüş siyasi-iqtisadi strategiyası, dünyanın məşhur siyasətçilərinin və ictimai xadimlərinin ümummilli liderimiz haqqında xatirələri və şəxsi fikirləri, habelə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edilir.
Saytda, həmçinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi xarici siyasət kursu və beynəlxalq təşkilatlarla əməkdaşlıq tarixi, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair məlumatlar yer alıb.
Sayt ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ilk ispandilli internet resursudur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO