“Ulduz “un yeni sayı çapdan çıxıb

"Ulduz"un yeni sayı çapdan çıxıbƏdəbi-bədii toplunun ilk səhifələrində Elçin Hüseynbəylinin “Hədəfdə yenə ANAR dır” məqaləsi yer alıb. Bəsti Əlibəylinin “Sevgi gözəl bəladır” başlıqlı məqaləsi xalq şairi Fikrət Qocanın 75 illik yubileyinə həsr olunub. Yazıçı Novruz Nəcəfoğlunun “Bir qış günün xatirəsi” və “Yuxu” hekayələri də topluya daxil edilib. Filologiya elmlər doktoru, tənqidçi Sabir Nəbioğlu “Yeni görüşlər intizarında” yazısında Novruz Nəcəfoğlunun “Bir qış günün xatirəsi” kitabı haqqındakı fikirlərini bölüşüb. “Xakas folkloru və Altun-Arığ dastanı”da Əli Kərimbəyli Sibir bölgəsində, Altay-Sayan-Alatu dağlarında, Yenisey çayı sahillərində yerləşən Xakas Respublikasından və çağdaş xakas xalqından yazıb. Başqa bir səhifədə Adil Mirseyidin “Edvard Munkun harayı” məqaləsi öz əksini tapıb. Andre Moruanın 125 illik yubileyi münasibətilə yazıçının “Yaşamaq elmi haqqında gənc dostuma məktub” əsəri İlqar Fəhminin tərcüməsində oxuculara təqdim olunub. Jurnalda Müzahim İsmayılzadənin “Milyon dollarlıq nahar” hekayəsi və Oqtay Əhmədovun “Nağara səsi” kino-povestinə də yer verilib. Toplunun poeziya bölməsinə maraqlı şeirlər şeirləri də daxil edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO