“Ulduz ” jurnalının yeni sayı

"Ulduz" jurnalının yeni sayı“Ulduz” jurnalının yeni sayı çapdan çıxıb. Jurnalın ilk səhifəsində maraqlı bir əsər – dəyərli şair və publisist Tofiq Abdinin “Hello”su oxuculara çatdırılıb. Topluda Vaqif Sultanlının “Qütb gecəsi”, Kamil Əfsəroğlunun “Şərab Allahı Dionis” hekayələri də yer alıb. Jurnalın poeziya guşəsinə Əbülfəz Ülvinin, Nəcməddin Mürvətovun, Əbülfət Mədətoğlunun, Sona Vəliyevanın, Vahid Aslanın, Rəşid Faxralının, Vaqif Vüqarın şeirləri daxil edilib. Tənqidçi Vaqif Yusiflinin “Yaşayan sənətkar” məqaləsi görkəmli yazıçı Sabir Əhmədlinin 80 illik yubileyinə həsr olunub. “Söz və rəng dünyası” başlıqlı yazıda isə filologiya elmləri doktoru Şəfəq Əlibəyli tərcüməçi Məsiağa Məhəmmədinin dilimizə tərümə etdiyi ünlü şair Söhrab Sipehrinin əsərlərindən söhbət açıb. Səadət Qarabağlı “Mən vətəndən çıxdım, Vətən məndən çıxmadı” başlıqlı yazısında Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-publisist Qulamrza Səbri Təbrizidən bəhs edib. Jurnalda digər maraqlı yazılar yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO