Ukraynalı jurnalistlər Azərbaycanın turizm infrastrukturunu yüksək qiymətləndirib

Ukraynalı jurnalistlər Azərbaycanın turizm infrastrukturunu yüksək qiymətləndiribMayın 25-dən iyunun 3-ə dək Ukraynanın “Beynəlxalq turizm” adlı jurnalının redaktoru Aleksandr Qorobeç və həmin jurnalın müxbiri Andrey Vlasenko Azərbaycanda olublar. Səfərin məqsədi jurnalın növbəti nömrəsində çap olunacaq Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə üçün material toplamaq idi. Səfər çərçivəsində qonaqlar Azərbaycanın yeddi regionunda olublar. Onlar 150-dən çox arxitektura, tarixi, mədəni abidəni ziyarət ediblər. Bakı, Abşeron, Şamaxı, İsmayıllı, Şəki, Qax, Zaqatala, Gəncə, Quba, Qusar, Şəmkir və digər rayonlarda olan ukraynalı qonaqlar Azərbaycanın rəngarəng mədəni irsinə, müalicəvi kurortlarına (Naftalan, Düzdağ), mətbəxinə valeh olduqlarına dilə gətiriblər. Press-turun iştirakçıları paytaxtda və regionlarda fəaliyyət göstərən otellərin xidmət səviyyəsini, turizm infrastrukturunun inkişafını yüksək qiymətləndiriblər. Məlumat üçün bildirək ki, “Beynəlxalq turizm” jurnalı 1992-ci ildən çap olunur. Jurnal Ukraynada turizm sahəsinin ən yaxşı nəşr hesab olunur, bir çox yerli və xarici mükafatlara layiq görülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO