ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcək

ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcəkSentyabrın 8-dən Bakıda öz işinə başlayacaq Ümumdünya Gömrük Təşkilatının (ÜGT)10-cu beynəlxalq PICARD – “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransı zamanı dünyada gömrük işlərinin inkişaf yolları nəzərdən keçiriləcək.

Trend-in məlumatına əsasən, bu barədə ÜGT-nin baş katibi Kunio Mikuriya ilə görüşü çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGT) rəhbəri Aydın Əliyev deyib.

O bildirib ki, konfransda 53 ölkədən 200-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Həmçinin tədbirdə 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO