Twitter-də video dövrü başlanır

Twitter mikrobloqlar xidməti öz mobil tətbiqlərində çarxların çəkilməsi və dərc edilməsi funksiyasını istifadəyə verib. Bu haqda Twitterin korporativ bloqunda yazılıb.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, indiyədək Twitterdə video dərc etmək üçün onu kənar resursda və istinadı tvit kimi yerləşdirmək tələb olunurdu. Bundan başqa, Twitter ayrıca Vine qısamüddətli videoçarx xidmətinə malikdir.
 
Twitter xidmətinin iOS və Android üçün mobil tətbiqlərində istifadəçi tvit yaradarkən xidmətdə yeni fotoşəkil yerləşdirmək üçün fotoaparatın ikonkasına sıxa bilər. İndi kamera rejimində video çəkilişinə keçmək nişanı mövcuddur. İstifadəçi 30 saniyəlik çarxları dərc edə bilər. iPhone sahibləri, həmçinin əvvəllər yazılmış videoları xidmətə yükləyə biləcək, Twitter gələcəkdə Android smartfonlar üçün müvafiq funksiya söz verib.
 
Xəbər lentində çarxın önbaxışı göstəriləcək. İstifadəçi bir kliklə çarxı işə sala bilər.
 
Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO