Türkiyə və ABŞ tarixçiləri 1915-ci il hadisələrini müzakirə edəcək

Türkiyə və ABŞ tarixçiləri 1915-ci il hadisələri ilə bağlı məsələləri müzakirə edəcəklər.

“Milliyet” qəzetinin yazdığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixçilərlə 1915-ci il hadisələrini və ABŞ-dakı erməni lobbisində Türkiyə əleyhinə aparılan təbliğatın gücləndirilməsini müzakirə edəcək.

Görüşdə türk tarixçiləri ilə yanaşı, ABŞ-dan da bir neçə tarixçinin iştirak edəcəyi bildirilir.

Tarixçilərlə görüş aprelin 21-də baş tutmalı idi. Lakin R.T.Ərdoğanın proqramındakı gərginlik səbəbindən görüş təxirə salınmışdı.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi – Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırımı” törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni “soyqırım”ın təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO