Türkiyədə qaz kəmərində baş verən partlayış “Şahdəniz” yatağının işinə təsir göstərib?

Türkiyədə qaz kəmərində baş verən partlayış “Şahdəniz” yatağının işinə təsir göstərib?Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayış Azərbaycanda “Şahdəniz” platformasının işinə təsir göstərməyib. Bu barədə Trend-ə “BP Azerbaijan” şirkətindən bildirilib.

Məlumatda qeyd olunur ki, profilaktik tədbirlərdən sonra yataqda hasilat və platformanın bərpa işləri tədricən artır: “Kəmərin tamamilə qazla dolması üçün 2-3 gün lazım olacaq. Belə ki, “Şahdəniz” yatağında hasilat bazar günü bərpa edilib, boru kəməri qazla indi dolmağa başlayır və qaz Türkiyəyə hələ gedib çatmayıb”.

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin Trend-ə verdiyi məlumata əsasən, Türkiyənin Dövlət Boru Kəməri Şirkəti “BOTAS” Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin partlamış hissəsini bərpa edir: “BOTAS qaz kəmərində təmir işləri ilə bağlı SOCAR-ı daim məlumatlandırır. Onların hesablamalarına əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək”.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO