Türkiyə Qəzetçilər Federasiyasından Modern.az-a təbrik məktubu

Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel Modern.az saytının 5 yaşının tamam olması münasibətilə redaksiyaya təbrik məktubu göndərib. Sədr Modern.az-ın rəhbərlik və redaksiya heyətini belə təbrik edib: 


“Türkiyə jurnalistlərinin Azərbaycanla bağlı ən çox müraciət etdikləri xəbər saytlarından biri Modern.az xəbər portalıdır. Onlar Azərbaycan barədə gerçək məlumatları daha çox həm də bu sayt vasitəsilə əldə edirlər. Modern.az-ın uğurlarına sevinirik. Dostumuz Elşad Eyvazlını ürəkdən təbrik edirəm. Mən yaxın vaxtlarda Bakıya gələcəm. Modern.az redaksiyasını ziyarət edəcəm. Gələcək üçün Modern.az-la Türkiyədəki aparıcı saytların əməkdaşlığına dair bir layihə düşünürük. Bunu konkret olaraq Bakıya gəldiyim zaman açıqlayacağam”. 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO