Türk dünyası KIV nümayəndələrinin toplantısı keçirilib

Türk dünyasının 2013-cü il üçün mədəniyyət paytaxtı elan edilmiş Əskişəhərdə (Türkiyə) ilin yekununa həsr olunmuş tədbirlər keçirilib.

SalamNews xəbər verir ki, bu çərçivədə təşkil edilən türk dünyası kütləvi informasiya vasitələri nümayəndələrinin toplantısına 30 ölkədən 120 jurnalistlə yanaşı, Türkiyənin 60 vilayətindən 250 media təmsilçisi də qatılıb. Azərbaycan bu toplantıda Mətbuat Şurasının və bəzi kütləvi informasiya vasitələrinin rəhbərləri təmsil ediblər.

Tədbirdə ilin yekununa görə, TÜRKSOY-un kütləvi informasiya vasitələrinin sahəsində mükafatları təqdim edilib. Mükafata layiq görülənlər arasında Azərbaycanın “Mədəniyyət” telekanalı və “Olaylar” qəzeti də olub.

Toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək KİV-lərin qarşısında duran əsas vəzifənin türkdilli ölkələr və toplular arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırıb.

– See more at: http://salamnews.org/az/news/read/119324#sthash.BjESGsBi.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO