“Turan ” agentliyi Elxan Kərimovun yerinə yeni fotoqraf götürəcək

"Turan" agentliyi Elxan Kərimovun yerinə yeni fotoqraf götürəcək“Turan” İnformasiya Agentliyində mərhum fotoqraf Elxan Kərimovun yeri hələki boşdur və yeni işçi götürülməyib. Bu barədə Modern.az-a agentliyin baş direktoru Mehman Əliyev bildirib. Onun sözlərinə görə, hazırda “Turan”da fotoqraf şatıtı boşdur.

“Hələki fotoqrafın işini müxbirlərimiz özləri görürlər” deyən M.Əliyevin sözlərinə görə, “Turan” yaxın zamanda özünə yeni fotoqraf götürəcək:

“Biz agentlik üçün fotoqraf seçirik və yaxın zamanlarda seçim başa çatacaq, yeni fotoqrafımız bəlli olacaq”.

“Turan”ın tanınmış fotoreportyoru Elxan Kərimov ötən il dekabrın 19-da evində ürəktutmasından dünyasını dəyişib. O uzun müddət idi ki, bu agentlikdə çalışırdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO