“TRTMüzik” televiziya kanalı cərimələnib

Türkiyə Radio-Televiziya Ali Şurası (RTÜK) ələviləri dolamasına görə “TRTMüzik” televiziya kanalını cərimələyib.
SalamNews-un “Cumhuriyet”ə istinadla verdiyi xəbərə görə, TRT-də yayımlanan musiqi proqramında sənətçi Mustafa Topaloğlu İmam Hüseyn və İmam Həsən barədə lətifə söyləyib.
RTÜK lətifənin yalnız ələvilərin deyil, bütün müsəlmanların hisslərini incitdiyinə qərar verərək kanalı cəzalandırıb. Yalnız RTÜK sədri Davud Dursun qərarın əleyhinə səs verib. TRT dövlət orqanı olduğu üçün qərar Baş nazir müavini Bülent Arınça göndərilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO