“Türküstan” qəzetinin 4 yaşı tamam olur

Bu gün “Türküstan” qəzetinin nəşrə başlamasından 4 il ötür. İlk sayı 2006-cı ilin 11 iyununda işıq üzü görən qəzet davamlı olaraq həftədə bir dəfə çıxır.

“Türküstan”ın baş redaktoru Aqil Camal Modern.az-a bildirib ki, qəzet ötən 4 ildə özünə şüar seçdiyi “Adımız məfkurəmizdir” prinsipinə sadiq qalıb: “Qəzetimizin oxucu bazasını əsasən tələbə-gənclər və milli ruhlu ziyalılar təşkil edir. Oxucularımızın böyük əksəriyyəti bu gün “Türküstan”ı arxiv şəklində evində saxlayır. Biz sözün əsl mənasında milli qəzet cıxarmaq niyyətinəyik. Bəzən milli qəzet kütləvi qəzet nəzərdə tutlur. Əgər bir qəzet yalnız oxucu marağını nəzərə alıb milli mənafeyə zidd xəbərlər yayımlayırsa o milli qəzet adına iddia edə bilməz. Bu baxımdan “Türküstan” oxucu maragının arxasınca düşən yox, daha çox oxucunu öz prinsiplərinə cəlb etməyə çalışan qəzetdir”.

“Türküstan”ın yaxın zamanlarda dövrüyünün artırılmasına gəlincə baş redaktor bunun hələlik iki səbəbdən mümkün olmayacağını deyir: “Birincisi ona görə ki, buna maddi-texniki imkanlarımız yoxdur. İkincisi isə bu imkanlar olsa belə hələ Azərbaycanda “Türküstan” kimi ideoloji ağırlıqlı qəzeti oxuyacaq kütləvi oxucu formalaşmayıb. Gərək əvvəl spesifik oxucu bazasını formalaşdıraq”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO