TÜRKSOY-da milli kitabxanaların direktorları ilə görüş

TÜRKSOY-da milli kitabxanaların direktorları ilə görüşTÜRKSOY-un baş ofisində Ankarada keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri milli kitabxanalarının 3-cü toplantısında iştirak edən nümayəndə heyətləri ilə görüş keçirilib. Türk dövlətləri, habelə İran və Pakistandan gəlmiş nümayəndələrin qatıldığı görüşdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib. Görüşdə çıxış edən TÜRKSOY-un baş direktoru Düsen Kaseinov bildirib ki, kitabxanalar hər bir toplumun maariflənməsində ən mühüm amildir. Texnologiyanın inkişafı hər birimizin həyatında dəyişikliklər etsə də, kitabların yerini heç bir şey verə bilməz. TÜRKSOY türk dünyası ölkələrinin kitabxanalarının fəaliyyətinə, onların əməkdaşlığına dəstək verməyə hazırdır. Görüşdən sonra milli kitabxanaların direktorlarına xatirə hədiyyələri təqdim olunub. Tədbir iştirakçıları TÜRKSOY-un üzvü olan ölkələrin rəssamlarının əsərlərinin sərgisi ilə də tanış olublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO