Türkiyənin “Zaman” qəzeti Qənirə Paşayevanın təklifindən yazıb

“Zaman” qəzeti Fransa Senatının məlum qərarına prezident administrasiyası, Milli Məclis və ayrı-ayrı deputatların, təşkilatların kəskin etiraz etdiyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayevadan sitat gətirən qəzet, onun “Fransa bundan sonra ATƏT-in Minsk qrupunun həmsədri qismində qala bilməz, o bu haqqını itirdi” bəyanatını verib.

Bundan başqa “Zaman” millət vəkilinin Xocalı soyqırımının Türkiyədə də anılması və həmin gün “Taksim” meydanında aksiya keçirilməsi təklifini qeyd edib. “Biz bütün dünyaya bu məsələdə də birliyimizi nümayiş etdirməliyik”.

Qeyd edək ki, fevralın 26-ı “Taksim” meydanında Xocalıya dəstək aksiyası keçirilməsi istiqamətində artıq addımlar atılır. Millət vəkili Qənirə Paşayeva Türkiyənin BENGÜTÜRK.TV-nin Ana Xəbər proqramında canlı olaraq Fransa Senatının qəbul etdiyi qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi, Azərbaycanın addımları və İstanbulda keçirilməsi nəzərdə tutulan “Hamımız Xocalılıyız, hamımız Qarabağlıyıq” aksiyasından danışıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO