Türkiyənin 5 qəzeti alman şirkətinə satılır

4,8 milyard lirə vergi cəzası qarşısında çətin duruma düşən Türkiyənin ən böyük media qrupu “Doğan Yayım Holdinq”ə aid beş qəzet almanlara satılacaq. “Media forum” xəbər verir ki, “Milliyet”, “Vatan”, “Posta”, “Radikal” və “Fanatik” qəzetlərini Almaniyanın media nəhəngi olan “Axel Springer” şirkəti alır.

Satış müzakirələri keçən ay başlayıb və ümumi gündəlik tirajı 1 milyon 200 mindən artıq olan 5 qəzetin “Axel Springer”in nəzarətinə keçməsi razılaşdırılıb. Bu satışdan sonra “Doğan” qrupunun yazılı mətbuatda cəmi iki təmsilçisi qalacaq – “Hürriyet” və “Referans”. “Kanal D”, “CNN Türk”, “Star” televiziyaları da fəaliyyətini “Doğan Yayım Holdinq” çətiri altında davam etdirəcək.

“Axel Springer” ümumilikdə 150 qəzet yayımlayır. Onların arasında gündəlik tirajı 3 milyondan çox olan “Bild” qəzeti də var. Qrupun 32 ölkədə 10 mindən çox əməkdaşı çalışır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO