Türkiyəli jurnalistlər Azərbaycana gələcəklər

Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dimin başçılığı ilə bir qrup jurnalist yanvarın 30-da Azərbaycana gələcəkdir.
Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə reallaşacaq səfərin məqsədi PJB-nin beynəlxalq əlaqələrini genişləndirmək, eləcə də xarici ölkə jurnalistlərinin vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.
PJB-nin sədri Elşad Eyvazlı bildirmişdir ki, Alanya Qəzetçilər Cəmiyyətinin köməyi ilə ötən ilin ortalarında Türkiyədə erməni vandalizmi ilə bağlı bukletlər çap edilərək qardaş ölkənin bir çox bölgələrində xarici turistlər arasında yayılmışdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılması işində digər xarici ölkələrdəki jurnalistlərin imkanlarından istifadə etmək üçün türkiyəli həmkarlarımızla bir layihə gerçəkləşdirmək niyyətindəyik.
Səfər çərçivəsində Türkiyəli jurnalistlər azərbaycanlı həmkarları ilə görüşəcək, Qubadakı kütləvi məzarlığa baş çəkəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO