Türkiyədə Əhməd Cavad adına parkın açılışı olacaq

Türkiyə Cümhuriyyətinin Tarsus şəhərində Azərbaycanın tanınmış şairi Əhməd Cavad adına park salınıb. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən “OLAYLAR”-a daxil olan məlumata görə, növbəti həftə adıçəkilən parkın rəsmi açılış mərasimi keçiriləcək. Tarsus bələdiyyəsinin dəstəyi ilə salınmış parkın açılış mərasimində Türkiyə rəsmiləri ilə yanaşı Azərbaycandan da bir qrup nümayəndə heyəti iştirak edəcək. Əhməd Cavad adına parkın açılış mərasiminin sentyabrın 19-da keçirilməsi nəzərdə tutulub.Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin Tarsus şəhəri ilə Bakının Xətai rayonu qardaşlaşmış şəhərlər elan edilib

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO