Türkiyədə azərbaycanlı göz həkiminin kitabı nəşr olunub

Türkiyədə yaşayan azərbaycanlı göz həkimi Faiq Orucoğlunun kitabı nəşr olunub. “Oküler yüzey ve kornea atlası” adlanan 336 səhifədən ibarət olan kitabda 691 ədəd rəngli foto və F.Orucoğlunun açıqlamaları yer alıb.
Müəllif kitabın yerli göz həkimlərinə faydalı olacağı qənaətindədir. Kitabda həmçinin göz xəstəliklərinin ən müasir üsullarla müayinəsilə bağlı məlumat əldə etmək olar.

Qeyd edək ki, Faiq Orucov 1976-cı ildə Bakı şəhərində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra 1993-2000-ci illərdə Türkiyənin Ərciyəz Universitetində tibb fakültəsində təhsil alıb. Həmin ildən Mərmərə Universitetində oftalmologiya ixtisasında təhsilini davam etdirən F.Orucov 2003-cu ildən İsrailin «Hadassah Medical Organization»da kornea xəstəlikləri və refraksiya cərrahiyəsi sahəsində təhsilini üst səviyyəyə çatdırıb.

2007-ci ildən dünyaca məşhur türk göz həkimi Sinan Gökərin dəvətilə İstanbul sərrahiyə xəstəxanasında oftalmoloq və böyük məsləhətçi olaraq çalışır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO