Türkiyədə 3 telekanal, 3 qəzet satışa çıxarılıb

Türkiyənin media nəhəngi olan “Doğan Holdinq” televiziya və qəzetlərini satışa çıxarıb. “Media forum” saytı “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, “Doğan” qrupu media sektorundan çəkilir. Holdinqə “CNN Türk”, “Kanal D”, “Star” televiziyaları, “Hürriyət”, “Milliyyət”, “Posta” qəzetləri, digər media quruluşları daxildir.
“Doğan Holdinq”in İcra Qurumu və “Doğan Yayın Holdinq” İdarə Heyətinin üzvü Soner Gedik bildirib ki, “Hürriyət” qəzetçilik və mətbəəçilik şirkətinin satışı üçün təkliflər toplayırlar. Onun sözlərinə görə, 66,6%-i “Doğan Yayın Holdinq”in əlində olan “Hürriyət” daim satıla biləcək şirkətlər siyahısındadır. Potensial investorlarla bağlı qısa siyahı bir ay ərzində tam dəqiqləşəcək. Bütün media qurumlarımızı sərfəli bir qiymətə satmaq istəyirik. Satış müqaviləsini üç ay ərzində tamamlamağı planlaşdırırıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO