Türkiyə Qəzetçilər Federasiyasının sədri Bakıda redaksiyaları gəzdi

Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel bu gün Azərbaycanın bir neçə mətbuat orqanının redaksiyasında olub.
Modern.az-ın məlumatına görə federasiya başqanı “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiar Sadıqov və APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə görüşüb.
Günün axırında isə qonaq “Yeni Müsavat” qəzetindəki görüşlə bugünkü proqramını başa vurub. Baş tutan görüşlərin hamısı bir məqsəd daşıyıb: “Türkiyə – Azərbaycan münasibətlərinin mətbuat üzərindən daha da gücləndirilməsi, hər iki ölkənin media qurumları və jurnalistləri arasında qarşılıqlı əməkdaşlığa nail olmaq”. Bu məqsədlə gələcəkdə birgə əməkdaşlıq nəticəsində reallaşacaq layihələrdən danışılıb. Qeyd edək ki, görüşlər Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə keçirilib. Bu birlik Türkiyə Qəzetçilər Federasiyasının fəxri üzvüdür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO