Türkiyə qəzetçilər federasiyasının baş ofisində Xocalı soyqırımı ilə bağlı sərqi keçirib

Parlament Jurnalistlər Birliyi ilə Türkiyə Qəzetəçilər Federasiyasının əldə etdiyi razılaşmaya əsasən, fevralın 25-i Ankarada Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçiriləcək. Məlumatı “Media forum” saytına Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı verib.

Birlik sədrinin sözlərinə görə, Türkiyə Qəzetəçilər Federasiyasının ofisində keçiriləcək sərgidə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotolar və filmlər nümayiş etdiriləcək, kitablar və müxtəlif dərgilər paylanacaq: “Sərgidə ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində tərətdikləri soyqırımla bağlı fotolar da yer alacaq”.

E.Eyvazlı bildirib ki, eyni sərgi turizm bölgəsi olan Alanyada da təşkil oluncaq: “Yaxın aylarda Ukrayna, Belarus və Moldovada da belə tədbirlərin keçirilməsini planlaşdırırıq”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO