“Türkiyə ədəbiyyatı tarixi “

"Türkiyə ədəbiyyatı tarixi"Moskva Dövlət Linqvistika Universitetinin “Rema” nəşriyyatında tanınmış Rusiya türkoloqu, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin “Türkiyə ədəbiyyatı tarixi” kitabı işıq üzü görüb. Bu, müasir Rusiya şərqşünaslığında zəmanəmizin ən inkişaf etmiş və maraqlı ədəbiyyatlarından birinə həsr olunmuş ilk monoqrafiyadır. Müəllif Rusiya şərqşünaslığının zamanın sınağından çıxmış ənənələri əsasında türklərin mədəni ənənələrini üç dövrə bölür: qədim türk dövrü, erkən klassik (və ya müsəlman) dövr və milli (yaxud klassik) dövr. Bununla da o, VI əsrdən başlayaraq dövrümüzədək ədəbi proseslərinin varisliyini göstərir. Müəllif islam mədəniyyətinin erkən klassik dövr ümumtürk ədəbiyyatına təsirindən, dahi şair Cəlaləddin Ruminin, dünya ədəbiyyatının klassiki Nazim Hikmətin və Türkiyənin digər görkəmli şairlərinin yaradıcılığından söhbət açmış, habelə müasir türk ədəbiyyatının tədqiqi məsələlərinə toxunub. Kitabın rəyçisi, filologiya elmləri namizədi, dosent M.Nikolayev hesab edir ki, materialın elmi cəhətdən geniş əhatə olunması, ilkin mənbələrlə tanışlıq, dərin ədəbi təhlil kitabın əhəmiyyətini daha da artırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO