“Türkdilli xalqların diasporları” kitabı nəşr olunub

Komitənin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, “Türkdilli xalqların diasporları” adlı kitabın müəllifi Zaur Əliyevdir. Kitabda türkdilli xalqların diasporları, onların məskunlaşma coğrafiyası, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar toplanıb. Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub. “Türkdilli xalqların diasporları” kitabı türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanllar üçün nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO