Türkdilli əlyazmalar kataloqunun ikinci cildi

Türkdilli əlyazmalar kataloqunun ikinci cildiAzərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İstitutunda saxlanılan türkdilli əlyazmalar kataloqunun ikinci cildi çap olunub. Bu barədə İnstitutdan məlumat verilib. “Nurlan” nəşriyyatında işıq üzü görən bu cildə Azərbaycan, türk, özbək, tatar, qumuq, türkmən və sair dillərdə yazılmış poetik əsərlər daxil edilib.
Kataloqda XIII-XIV əsrlərdə yaranmış müştərək Azərbaycan-Türkiyə abidələrindən başlayaraq XX əsrin əvvəllərinə aid olan 431 əlyazma haqqında məlumat toplanıb.
Kataloqda Azərbaycan şairləri Nəsimi, Kişvəri, Xətai, Füzuli, türk şairləri Baqi, Nabi, Naili, özbək şairi Nəvai, türkmən şairi Məxdumqulu və başqalarının divanları haqqında məlumatların daxil edilib.
Yeni nəşrin redaktoru və tərtibçisi filologiya elmləri doktoru Məmməd Adilov, ön sözün müəllifi filologiya elmləri namizədi Paşa Kərimovdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO