Türk dünyasının jurnalistləri Azərbaycana gələcək

Bakıda türk jurnalistlərinin toplantısı keçiriləcək. Toplantının təşəbbüskarlarından olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlının “Media forum” saytına bildirdiyinə görə, tədbirə Mərkəzi Asiya respublikalarından, Türkiyədən, Rusiya tərkibindəki türk respublikalarından jurnalistlər dəvət ediləcək.
S.Rüstəmxanlı bildirib ki, məqsəd informasiya mübadiləsindəki boşluqları doldurmaq, türk jurnalistlərinin bir-biriylə əməkdaşlığının zəruriliyi yönündə müzakirələr aparmaqdır: “Belə bir niyyətim çoxdan var idi, sadəcə vaxt qıtlığından bu məsələni reallaşdıra bilmirdik. Artıq Bakıya dəvət edəcəyimiz jurnalistlərin siyahısı hazırdır, bəzi jurnalistlərlə danışığımız da olub. Tədbirin dəqiq vaxtını müəyyənləşdirməsək də, ilin sonunadək reallaşdırmağı düşünürük”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO