Trend BİA Avropa və Asiya KİV-lərinin forumunda iştirak edir

Bu gün Kiyevdə Rusiyanın Beynəlxalq İnformasiya Agentliyi “RİA Novosti”nin keçirdiyi Avropa və Asiya mediasının forumu öz işinə başlayır.
Forumda MDB, Baltikyanı ölkələrin və Gürcüstanın məşhur KİV-lərinin rəhbərləri, siyasətçilər və ictimai xadimlər, milli jurnalistika ittifaqlarının rəhbərləri, informasiya siyasəti üzrə 300-ə yaxın mütəxəssis bir araya gələcəklər.

Forumda YUNESKO-nun baş direktorunun müşaviri Henrix Yuşkyaviçus, Rusiya Mətbuatının rəhbəri Mixail Seslavinski, Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktoru Andrey Yermolayev, Azərbaycanın Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, Qazaxıstanın “Kazinfo” İA-nın idarə heyətinin sədri Dauren Diyarov, Latviya Jurnalistlər İttifaqının prezidenti Yuris Payders və forumun digər iştirakçı ölkələrinin nümayəndələri çıxış edəcəklər.

Forumda böyük layihə qismində MDB, Baltikyanı ölkələr və Gürcüstan üçün ümumi olan “Sto storon” internet-qəzeti təqdim olunacaq. Layihənin iştirakçısı olan hər bir KİV öz materiallarının sərbəst şəkildə dərc olunması və ümumi kontentdən istifadə imkanı əldə edir. “RİA Novosti” bildirir ki, inteqrasiya olunmuş elektron resursun yaradılması ideyası bir il bundan əvvəl Moskvada Avropa və Asiya mediası forumunda yaranıb.

Forumda Ukrayna Prezidenti Viktor Yanukoviçin iştirakı planlaşdırılsa da, tədbirə bir gün qalmış onun administrasiyası Prezidentin iş qrafikinin sıx olması ilə əlaqədar forum iştirakçıları ilə görüşə bilməyəcəyi barədə məlumat verib. Dövlət başçısını Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Anna German təmsil edəcək.

Bu, keçmiş sövet ölkələrinin milli KİV nümayəndələrinin say etibarilə illik beşinci forumudur. “RİA Novosti” bu növ görüşlərin keçirilməsinin təşəbbüskarı kimi ilk dəfə 2006-cı ildə çıxış edib. İllik forumun məqsədi müasir dünyada kütləvi informasiya vasitələri qarşısında duran problemlərin müzakirəsidir.

/Trend/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO