Tələbə qəbulundan yazan jurnalistlər pul mükafatı aldılar

Tələbə qəbulundan yazan jurnalistlər pul mükafatı aldılarSentyabrn 30-da Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) tələbə qəbulu prosesini işıqlandıran “Ən yaxşı media” və “Ən yaxş jurnalist” müsabiqəsinin nəticələrini açıqlanıb.
Modern.az-ın məlumatına görə, TQDK “Ən yaxşı televiziya reportajı” nominasiyasında iki qalib müəyyən edib.
Birinci yerə “Space” TV-nin “Abuturyent” verlişi layiq görülüb. Layihə rəhbəri Çingiz Hüseynova 800 manat məbləğində mükafat verilib. Qəbul imtahanlarından ən yaxşı reportaj nominasiyasında AzTV-nin əməkdaşı Ramin Qurbanov da 1-ci olub və TQDK-dan 800 manat məbləğində mükafat alıb.
TQDK qəbul kampaniyası dövründə prosesləri işıqlandıran ən yaxşı məqalələr kateqoriyasında birinci yerə qalibi müəyyənləşdirməyib. İkinci yerə iki qalib seçilib. Bunlar “525-ci” qəzetin əməkdaşı Sevinc Qarayeva və “lent.az” saytının əməkdaşı Elxan Salahovdir. Onların hər birinə 600 manat məbləğində mükafat verilib.
Üçüncü yer üzrə iki qalib müəyyən olunub. “Azerbaydjanskiy İzvestiya” qəzetinin əməkdaşı İradə Ağayeva və “Zaman” qəzetinin əməkdaşı Rəşad Zalov 400 manat məbləğində mükafat alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO