Tələbə-jurnalistlər mükafatlandırılıb

Ötən ay Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən “Neft, qaz və media” konfransının işində könüllük prinsipi ilə çalışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, “Gənc reportyorlar klubunun” təmsilçilərinə sertifikat və mükafat verilib. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli komitəsinin rəhbəri, tədbirə təşkilatı dəstək verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat verib.
Onun sözünə görə, sertifikatlar tələbə-jurnalistlər Məhəmməd Ağayev, Savad Məmmədova, Nərminə Yunusova, Səbuhi İsayev, Asif İmanov, Mehman Qasımov, Nicat Məmmədov, Aqşin Cabbarlı, Elmar Məmmədli və Pərvin Abbaslıya verilib. Sertifikatların verilməsi mərasimində U.Rəhimoğlu ilə yanaşı Orta Asiya və Güney Qafqaz Söz Azadlığı şəbəkəsinin rəhbəri, sözügedən konfransa hazırlıq üzrə təşkilat komitəsinin üzvü Azər Həsrət də iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO