Tiflisdəki kitab mağazasında Azərbaycan dilində nəşr olunmuş kitabların stendi açılıb

Tiflis şəhərindəki “Parnas” kitab mağazasında Azərbaycan dilində nəşr olunmuş kitabların stendi açılıb.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu, təkcə Tiflisdə deyil, bütün Gürcüstanda Azərbaycan dilində kitabların satıldığı ilk belə mağazadır.

Stend mütəmadi olaraq təzə kitablarla yenilənəcək. Bu isə ilk növbədə Gürcüstanda yaşayan azərbaycanlıları, eləcə də müasir Azərbaycan ədəbiyyatını gürcü dilinə tərcümə tərcüməçiləri çox sevindirəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO