Təhsil-media münasibətlərində şərti qruplaşmalar

Təhsil-media münasibətlərində şərti qruplaşmalarTəhsil və media cəmiyyət və dövlət həyatının mühüm sahələri olmaqla strateji məzmun daşıyır. Təhsil olmadan xalqın öz zəka potensialını inkişaf etdirməsi ən müasir elm və texnika nailiyyətlərindən bəhrələnməsi özünü dünya millətlər ailəsində qoruyub saxlaması mümkünsüzdür. Formaca media ilə təhsilin ümummilli inkişafda vəhdəti zəif görünsə də əslində möhkəm və çox genişdir.

Xalqlar azad mediasız özünü dərk edə inkişaf mənəvi-əxlaqi formalaşma yollarında mövcud maneələri aradan qaldıra bilməz. Onu da qeyd edək ki azad medianın inkişafında və formalaşmasında çox vacib məqam olan peşəkar kadr potensialı məhz müasir mütərəqqi təhsil sisteminin sayəsində yetişdirilə bilir. Yuxarıda deyilən məntiqi ritorik mühakimələr bir daha göstərir ki media ilə təhsil sistemi arasında üzvi bir əks-əlaqə var və onların heç birini digəri olmadan kamil təsəvvür etmək cətindir.

Bəs təhsillə medianın qarşılıqlı əlaqə və təsirlərinin bu günkü mənzərəsi necədir hansı problemlər və perspektiv təmayüllər var problemlərin həlli yolları nədən ibarətdir?

Təhlillər göstərir ki bu gün təhsil sahəsi ilə əməkdaşlıq kontekstində media orqanları şərti olaraq 4 qrupa bölünüblər.

Birinci qrup-təhsilin bütün pillələri və orada baş verən olaylara münasibətdə mütləq müdafiəçi mövqe tutur. Belə bir mövqenin hansı motivlərlə şərtləndiyini tam söyləmək çətin olsa da aydın olan odur ki müqləq müdafiəçi mövqe təhsildəki neqativləri görməyə imkan vermir.

İkinci qrupa təhsil sektoruna bir rəngli ittiham nəzərlərilə baxan media orqanları daxildir. Əlbəttə təhsildə problemlər və neqativ hallarla yanaşı çoxsaylı müəyyən uğur və pozitivlərin də olduğunu nəzərə olsaq belə ittihamçı mövqenin təhsilin inkişaf mənafeləri baxımından əhəmiyyətli rol oynamadığı aydın görünür.

Üçüncü qrup-müəyyən stereotipləri əsas götürərək təhsil sektoruna bu sektorla bağlı məmurlara və strukturlara təəssüfkeş mövqe göstərən dövlət media qurumlarıdır. Əsasən uğurların təsvirinə üstünlük verən bu media üçün xarakterik əlamətlərdən biri odur ki hərdən təhsil sektorunun qeyri-adi detallarına sərt və ya yumşaq tənqid sərgiləyəndə bunu kənardan “icazəli və ya idarə olunan tənqid” kimi dəyərləndirirlər.

Dördüncü qrup media təmayülsüz ambisiyasız təhsil sektorunda özü üçün korporativ maraqlar görməyən problemlərə mümkün qədər tərəfsiz və obyektiv yanaşmağa cəhd edənlərdir. Bu tip media orqanları hələlik sayca az olsalar da ümumi prosesdə artım təzahürləri var.

Müşahidələr göstərir ki təhsil sektoru ilə məhz bu media qrupunun qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi daha perspektivli potensiala malikdir və hər iki sahənin inkişafı üçün ortaya praktik nəticələr qoya bilir. Bu media qrupu üçün əsas xarakterik əlamət odur ki ayrı-ayrı təhsil məmurları təhsil strukturları yox məhz təhsildəki müsbət və mənfi tendensiyalar əsas hədəf kimi götürülür. Yəni problem və pozitivlərin təhlili fonunda lazım gələndə aşağı və yuxarı təhsil məmurları müxtəlif təhsil müəssisələrinin təcrübəsi xatırladılır. Məhz problemlərin və pozitivlərin fonunda şəxslərə münasibət göstərilməsi son nəticədə obyektiv təsir bağışlayır ki bu da təhsil-media münasibətlərində mütərəqqi rol oynayır.

Göstərilən media qruplarının tam siyahısını açmağa ehtiyac olmasa da onların hər birinin fəaliyyətini xarakterizə edən saysız faktlar var. Çox rast gəlinir ki hansısa media orqanı bir və ya bir neçə təhsil müəssisəsinin ya təhsil məmurunun özəl ruporu rolunda çıxış edir. Belə ki hətta dəstək prizmasından yanaşsa da onlar bütün hallarda təhsil sektorunu tam əhatə edə bilmir.

Onun üçün ancaq məhdud bir fəaliyyət müstəvisi var və ondan kənara çıxa bilmir. Götürək öz fəaliyyətində təhsil sektorunun ayrı-ayrı strukturlarının və personalarını ittiham obyekti kimi seçən media orqanlarını. Bu cür media quruluşları barədə çox haqlı olaraq belə bir möhkəm rəy formalaşıb. “Onlar obyektlərlə işləyir”. Yəni hədəf kimi seçilmiş məktəb universitet direktor ya rektor onun üçün maddi gəlir gətirməyə potensial namizəddir.

Təsadüfi deyil ki son illərə qədər “obyektlərlə işləyən” media qurumları hazırda Mətbuat Şurası və onun rəhbərliyinin barışmaz prinsipiallıqla ortaya gətirdiyi “rekert nəşrlər” siyahısına salınaraq yeni populyar ad qazandılar – “reket nəşrlər”. Əslində “obyektlərlə işləyən” və “reket nəşrlər” dedikdə məhz o media qurumları nəzərdə tutulur ki onların əsas hədəf meydanlarından biri təhsil sektorudur.

Təhsilə münasibətdə dövlət media qurumları barədə onu demək kifayətdir ki onlar təhsil sektoruna aid sahə direktivlərini və dövlət siyasətini xam məlumat qismində ictimaiyyətə çatdırmaqda təsirli rol oynayır.

Nəhayət təhsil problemlərinə obyektiv və qərəzsiz münasibət göstərməyə çalışan media qurumları barədə az da olsa xüsusi danışmağa ehtiyac var. Çox rast gəlmişik ki hansısa problemin araşdırılması fonunda bir universitetin adı qabaqcıl təcrübə sahiblərinin sırasında çəkilir başqa bir təhsil problemini isə araşdırarkən həmin universitetin adı tənqid prizmasında təqdim edilir.

Doğrudur bəzən bu cür media orqanları barədə elə təhsil sektorunun özündə ziddiyyətli rəy yaransa da onu hər gün bir hava çalan media adlandırsalar da belə qurumların sağlam praqmatizm mövqeyi tutduğunu dərk edən və qiymətləndirənlər də az deyil.

İstənilən başqa əks-əlaqə və əkstəsir sistemlərində olduğu kimi media-təhsil münasibətləri sistemində də azı iki əsas tərəf iştirak edir.

Sözsüz ki qarşılıqlı əməkdaşlığın faydalılıq göstəricilərini daha da inkişaf etdirmək üçün tərəflərin hər ikisinin təsnifatı verilməlidir. Bu mənada təhsil sektorunun ayrı-ayrı struktur və personalarının da media qurumlarına münasibətdə təsnifatını verməyə ehtiyac var. Müşahidə və təhlillər göstərir ki bu gün təhsil sektorunda mediaya şərti olaraq iki cür münasibət göstərən qruplar var. Bunlardan biri Təhsil Nazirliyi rəhbərliyinin və məmurlarının media ilə iş metodu digəri isə ayrı-ayrı təhsil strukturlarının rəhbərlərinin media ilə münasibətləridir.

Son illərdə Təhsil Nazirliyinin media ilə münasibətlərdə müsbət xarakterizə olunan iş metodları özünü göstərməkdədir.

Nazirliyin artıq bir neçə il dalbadal milli mətbuatın ildönüm günlərində media ilə birgə yubiley tədbirləri keçirməsi qəzet və jurnalistlərə həvəsləndirici təqdimatlar etməsi dəyirmi masalar təşkil etməsi və sair bu qəbildəndir. Bundan başqa mətbuatın ilk mənbədən məlumat alması ən operativ işləyən mətbuat xidməti kimi nominasiyalarda başqa bir neçə nazirliklə yanaşı Təhsil Nazirliyinin də öncüllər sırasında olması təqdirəlayiq haldır.

Təhsil Naziri Misir Mərdanovun özünün şəxsən və aparatın ayrı-ayrı idarə rəislərinin tez-tez mətbuat konfranslarında eksklüziv açıqlamalarda olması məqalə və geniş müsahibələrlə çıxış etməsi də məqbul göstəricilər sırasındadır. Sonuncu göstəricinin üstün xarakterik əlamətlərindən biri odur ki Nazirlik rəhbərliyi iqtidar-müxalifət bölgüsü aparmadan bütün növlərdən olan media qurumlarına çıxırlar. Konkret faktlar var ki Nazirliyin hansısa açıqlamasını qərəzlə təhrif və ya şərh edən media qurumları Nazirlik tərəfindən əməkdaşlığın kəsilməsi kimi cəza və ya qisas taktikasına məruz qalmır.

Necə deyərlər Nazirlik bu hallarda da qarşı tərəfi yalnız ictimai qınağın hədəfinə buraxaraq əməkdaşlığı davam etdirmək kimi düzgün yolu seçir.

Təəssüf ki Nazirliyin media ilə belə əməkdaşlıq prinsipləri aşağı təhsil strukturları tərəfindən heç də həmişə lazımınca dəyərləndirilmir. Bəzi təhsil strukturları və onların rəhbərləri əməkdaşlıq üçün ən obyektiv və tərəfsiz media qurumlarını axtarmaq təşəbbus göstərmək əvəzinə onların işinə hansısa təmənna ilə dəstək vermək istəyən media orqanları ilə əməkdaşlığa üstünlük verir əslində onların toruna düşürlər.

Belə yanlış yol seçən təhsil strukturları bir neçə səviyyəsiz dəstək yazısının müqabilində nələri itirdiyinin fərqinə varmır ən pisi odur ki digər müstəvidə “obyekt axtaran” media qurumlarının hədəfinə düşürlər.

Təhsil-media əməkdaşlıq sistemində hər iki sahənin perspektiv inkişafı üçün çox vacib olan prinsiplərdən biri obyeketivlik və ədalətli yanaşmadır. Bu prinsip özünü təhsildəki mövcud ənənəvi problemlərə və sivil dünya təcrübəsinin tətbiqinin praktik nəticələrinə münasibətdə daha qabarıq göstərir. Bu gün çox vacib və əhəmiyyətlidir ki adi məktəbəqədər müəssisədən tutmuş universitetlərə qədər baş verənlər hər hansı iddia və ya təmənna motivlərindən uzaq şəkildə mətbuatda öz əksini tapsın. Həm də bu təkcə neqativlərə yox müsbət tendensiyalara münasibətdə də özünü göstərməlidir. Bəzən mediada belə yanlış təsəvvürlərə rast gəlinir ki hansısa təhsil strukturunun müsbət işinin reklam edilməsi həmin media qurumunun təmənnalı təsir dairəsinə düşdüyü barədə rəy yarada bilər. İstisna etmirik ki belə rəylər ola bilər. Sokrat demişkən nə edəsən ki bir qrup adamlara yaxşı danışmağı və düşünməyi ümumən öyrətməyiblər.

Yəni danışan danışacaq. Buna məhəl qoymadan sağlam və obyektiv düşüncə ilə təhlil və təqdir olunmuş hər hansı təhsil problemi bədxahların nə deməsindən asılı olmayaraq cəmiyyətimizin gələcəyinə işləyir.

Bizə də elə bu lazımdır. Yaxud da bəzi media orqanlarında belə bir yanlış təsəvvür var ki təhsil strukturlarındakı problemin ictimailəşdirilməsi şəxsən Təhsil Naziri ilə və ya aparatdakı başqa bir mötəbər şəxslə “dostluğun” pozulmasına səbəb ola bilər. Bu cür yanaşma şəxsi “dostluğu” təhsilə qarşı strateji düşmənçiliyə çevirməklə çox ziyanlı rol oynayır.

Təcrübə göstərir ki bu günkü media üçün çox geniş informasiya və təhlil mənbələrindən biri Təhsil Nazirliyinin qaynar xətti olsa da media bunun əhəmiyyətini təəssüf ki hələlik lazımınca dəyərləndirə bilməyib. Nazirliyin qaynar xətti ölkədə yaxşı işləyən sistemlərdən biridir tez-tez ona daxil olan informasiyalarla bağlı statistik rəqəmlər açıqlanır faktlar göstərilir. Bildiyimiz önəmli faktlardan biri odur ki məhz qaynar xəttə daxil olan məlumatlar əsasında Təhsil Naziri bir neçə məktəb direktorunu vəzifədən azad edib.

Fikrimizcə qaynar xəttə orta məktəb və məktəbəqədər təhsil müəssisələri universitetlər barədə daxil olan saysız materialların media tərəfindən təhlil edilməsi və içtimailəşdirilməsi təhsilin inkişafında önəmli rol oynaya bilər. Bu cəhətdən Nazirlik Qaynar Xəttə daxil olan məlumatların müəyyən dövrlərdə mediaya tam açıqlanması üçün işlək mexanizm yaradılması üzərində düşünsə bu olduqca faydalı ola bilər. Belədə Nazirlik üçün hansı media orqanlarının xam materiala daha obyektiv və qərəzsiz yanaşmasını müəyyənləşdirmək asan və həm də gərəkli olacaq.

Yazı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO