«THE TELEGRAPH»: RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRİNİN ANASINA SÖYÜB

Qeyri-rəsmi məlumatlara istinad edən qəzet, Lavrovun söhbət zamanı bir neçə dəfə «fuck» sözündən işlətdiyini bildirir. Lavrovun xüsusilə «Who are you to fucking lecture me?!» («Sən kimsən ki, mənə mühazirə ….?!») ifadəsindən istifadə etdiyini yazırlar.

Nəşr iddia edir ki, Lavrov «eynilə açıq şəkildə» Milibenddən tarixi nə dərəcədə yaxşı bildiyini soruşub. İki nazirin söhbəti yəqin ki, Qafqazdakı vəziyyət və Rusiya-Gürcüstan münaqişəsinə aid olub. Britaniya xarici siyasət idarəsinin əməkdaşları qəzetə Milibend və Lavrovun söhbətində nalayiq sözlərin işlədildiyini təsdiq ediblər və qeyd ediblər ki, nazirlərdən yalnız biri söyüşlərdən istifadə edib.

Mənbə: «Turan»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO