The Guardian parlament üzvləri əleyhinə kompromat müsabiqəsi elan edib

Britaniyanın “The Guardian” qəzeti oxucuları üçün parlament uzvləri tərəfindən xəzinə hesabına edilmiş mümkün qədər rüsvayçı xərcləri tapmaq üçün müsabiqə elan edib. Bundan ötrü redaksiya saytda parlament üzvlərinin xərcləri haqqında 92 min səhifə axtarış sistemini işə salıb.

“The Guardian” qəzetinin sərəncamında parlament uzvlərinin xərclərinə həsr olunmuş 700 min sənəd var. Şəbəkədə çap olunan 91996 səhifədən 23 mindən çoxu oyrənilməmiş qalır. Qəzet də oxucularına bunları oxumağı təklif edir.

Yalnız Britaniya vətəndaşlarının iştirak edəcəyi müsabiqə iyunun 21-nə dək davam edəcək. Müsabiqənin qalibinə priz – ördəklər üçün evcik veriləcək. Sənədlərə əsasən, dövlət pulu ilə buna oxşar evciyi mühafizəkar ser Piter Viqqers əldə edib.

Qeyd edək ki, ilk dəfə sözügedən məlumatlar The Daily Telegraph qəzeti tərəfindən yayılmışdı. O zaman qəzet adıçəkilməyən məmurdan parlamentin son beş il üçün xərclərinin siyahısını ala bilmişdi. Bu informasiya The Sun və The Times qəzetlərinə də təklif edilmişdi, lakin razılaşma baş tutmamışdı. Bu sənədlərin çapı The Daily Telegraph qəzetinin tirajının artmasına səbəb olmuşdu.

www.inopressa.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO