The Beatles qrupunun müsahibəsi efirə 44 ildən sonra düşüb

Con Lennon və Pol Makkartninin iştirakı ilə 9,5 dəqiqə davam edən müsahibə 30 aprel 1964-cü il Şotlandiya televiziyasının studiyalarından birində yazılıb. Efirə verilməyən müsahibə 40 ildən artıq itirilmiş sayılırdı. Unikal yazı ilə bobinləri Cənubi Londondakı qarajların birində həvəskar-tarixçi Riçard Ceff aşkar edib. Onun sözlərinə görə, qarajda 64 qutu olub ki, onların içində kino yazıları var. The Beatles qrupu ilə müsahibə nəzərdən keçirilmiş qutulardan birində olub və Ceff qalan 62 qutuda «Liverpul dördlüyünün» iştirakı ilə başqa yazılar da ola bilər. Bobinlərin qaraja necə düşdüyü dəqiq məlum deyil. Ceff yazıların illər öncə Şotland televiziyasının arxivindən götürüldüyünü ehtimal edir.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO