Televiziya filmlərinin istehsalına maliyyə yardımı göstəriləcək

Azərbaycan Respublikasıın Prezidenti İlham Əliyev ölkədə milli televiziya filmlərinin istehsalına maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncama əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılması qərara alınıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO