Teleradio Şurasının sədrindən AzTV və İTV-yə ittihamlar…

Nuşirəvan Məhərrəmli: “Onlar cəmiyyət qarşısısnda məsuliyyətini dərk etmirlər”

“Dövlət büdcəsindən maliyyələşən televiziyalar AzTV və İTV ictimaiyyət qarşısında məsuliyyətini dərk etmir və mövcud öhdəliklərini yerinə yetirə bilmir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə həmin telekanallar həm dövlətdən maliyyə alır, həm də reklamdan kifayət qədər çox gəlir götürür.

“Amma buna baxmayaraq müxtəlif tipli seriallar, uşaq cizgi filmləri çəkməkdə həvəsli deyil, çox passivdirlər. Bunun əvəzində özəl telekanallarla rəqabətə girirlər. Unudurlar ki, özəl kanallar ancaq reklamlardan gələn gəlir hesabına maliyyələşirlər. Heç olmazsa bunları nəzərə alıb serialların, uşaq cizgi filmlərini çəkilməsini həyata keçirsinlər”.

O, eyni zamanda bir müddət öncə İTV və AzTV-də surdotərcümənin bərpa edilməsi ilə bağlı bu telekanallarla danışığın heç bir nəticə vermədiyini vurğulayıb. “Çox təəssüf ki, bu təklif də həmin telekanallar tərəfindən yerinə yetirilmədi”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO