Telekanallara nəzarət gücləndirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB) respublikada analoq və rəqəmsal formatda yayımlanan telekanallar üzərində nəzarəti gücləndirib.

Bu, yeni dispetçer sisteminin istismara verilməsindən sonra mümkün olub. İB tərəfindən dispetçer xidmətinin teleqüllədən “Teleradio”nun inzibati binasına köçürülməsi üzrə işlər həyata keçirilib.

Nazirlikdən AzərTAc-a bildirilib ki, yeni dispetçer xidmətində 24 və 46 diaqonal televizorlarından istifadə edilir. Onlar həm analoq, həm də yerüstü rəqəmli formatda siqnal qəbul edirlər. Bir televizorda bir neçə rəqəmsal telekanala nəzarət etmək mümkündür. Həmçinin peyk sistemlərindən siqnalların qəbulu təmin edilib. Bu, Bakı və Abşeron yarımadasında, həmçinin respublikanın digər bölgələrində yayımlanan kanallara nəzarəti yaxşılaşdırmağa imkan verib.

Peyk siqnallarının qəbulu üçün “Dexing” şirkətinin istehsalı olan peyk qəbuledicilərindən istifadə edilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO