Tehranda tutulan Azərbaycanlı jurnalist təbriz zindanına kpçürülüb

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 8 gün əvvəl paytaxt Tehranda tutulan azərbaycanlı jurnalist Əkbər Azad Təbriz zindanına köçürülüb.

İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları mayın 25-i Tehranda Azərbaycan və fars dillərində çıxan “Varlıq” və “Yarpaq” jurnallarının əməkdaşı Əkbər Azadın mənzilinə gələrək onu bilinməz istiqamətə aparıblar. Jurnalistin evində axtarış aparılıb, ona məxsus kompüteri, CD-ləri, kitabları və bir sıra şəxsi əşyaları götürülüb.

“Media forum” saytının məlumatına görə, Əkbər Azad iki gün əvvəl öz ailəsinə zəng vuraraq artıq Təbriz zindanına köçürüldüyünü və təkadamlıq kamerada saxlandığını bildirib. Jurnalist ona qarşı konkret hansı ittihamların irəli sürüldüyü barədə məlumat verməyib. Onun Tehrandan Təbriz zindanına aparıldığının səbəbi bilinmir.

Əkbər Azad İranda Azərbaycan dil və mədəniyyətinin tanınması uğrunda apardığı fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə saxlanıb və mülk girovu qarşılığında azadlığa buraxılıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO