Tehranda qondarma erməni soyqırımına dair kitablar nümayiş olunub

İranın paytaxtı Tehranda mayın 5-dən başlamış 23-cü Beynəlxalq kitab sərgisi srağagün yekunlaşıb. Beynəlxalq kitab sərgisində 2000-dən artıq iranlı və 1700 kimi əcnəbi naşir iştirak edib.

Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, sərgidə Ermənistan naşirləri də iştirak edib. Erməni naşirlər Ermənistanın İrandakı səfirliyi və Ermənistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərgidə iştirak edib. Ermənistan XİN-in verdiyi məlumata görə, sərgiyə gələnlər erməni pavilyonunda ölkənin turizm sektoru və təhsil sahələrilə maraqlanıblar. Məlumata görə, erməni pavilyonuna baş çəkən əcnəbi ziyarətçilər qondarma erməni soyqırımına dair materiallarla xüsusi maraqlanıblar. Xatırladaq ki, mayın 13-də Azərbaycanın kitab pavilyonu İranın xüsusi xidmət orqanları tərəfindən qapadılmışdı. Bu barədə APA-ya İranda Azərbaycan Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsi məlumat verib. Yerli azərbaycanlıların etirazından sonra pavilyon yenidən açılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO