Tehranda əcnəbi jurnalistlərin tutulduğu bildirilib

ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 30-cu ildönümündə müxalifət tərəfdarlarının Tehranda keçirdiyi aksiyalardan reportaj hazırlayarkən əcnəbi jurnalistlərin saxlandığı barədə məlumat yayılıb.

“Media forum” saytı bildirir ki, “Fars” agentliyi jurnalistlərin adlarını çəkməsə də, onlardan ikisinin Kanada, birinin Yaponiya vətəndaşı olduğunu qeyd edib.

Tehrandakı aksiyalar noyabrın 4-də keçirilib. Əcnəbi jurnalistlərin əvvəlcədən lisenziya almadığı və qanunsuz fəaliyyət göstərdiyi vurğulanır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO