“Teatral ” adlı jurnal nəşrə başlayır

"Teatral" adlı jurnal nəşrə başlayırBu günlərdə “Teatral” adlı jurnal nəşrə başlayır. Bu barədə jurnalın baş redaktoru, ədəbiyyatşünas Əsəd Cahangir məlumat verib. Onun sözlərinə görə, bu, Azərbaycan teatrının tarixində məxsusi olaraq teatra aid ilk jurnal olacaq: “Əvvəllər “Qobustan” və digər jurnallarda da teatra aid yazılar dərc edilib, amma sırf teatra aid jurnal Azərbaycan teatrının 140 illik tarixində olmayıb”. “Teatral” jurnalında oxucular tanınmış dramaturqların pyeslərilə tanış ola, Azərbaycan və xarici ölkə teatrlarının problemləri haqda yazılar oxuya, teatr xəbərlərini izləyə biləcəklər. Ə. Cahangirin bildirdiyinə görə, jurnalın ilk sayında 2010-cu ilin Nobel mükafatçısı Mario Varqas Lyosanın “Taknalı qadın” pyesi, Almaniya teatrlarında yeniləşmə haqda məqalə, rejissor Bəhram Osmanov, sənətşünas Nadir Bədəlovun və başqalarının yazıları yer alacaq. Məlumat üçün bildirək ki, jurnal Azərbaycan Milli Mədəniyyətinin Təbliği Mərkəzinin (sədri yazıçı, dramaturq Arif Mədətovdur) dəstəyilə işıq üzü görəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO