Təbliğata dövlət sifarişi

FHN üç ixtisaslaşdırılmış jurnal və yanğınsöndürmə işi və mülki müdafiə haqqında qəzet nəşr edir. Sərhəd xidmətinin dörd jurnalı və bir qəzeti, eləcə də «Qranitsa» adlı böyük kitab-jurnal nəşriyyatı vardır. Mətbu sözün qüvvəsinə, hamıdan çox Müdafiə Nazirliyi inanır – nazirlik 49 qəzet və 9 jurnal nəşr edir, 2 mərkəzi teleradiostudiyaya və 19 reqional radiostansiya və telestudiyaya malikdir.
«Kommersant»ın yazdığına görə, yalnız DİN və FHN-in nümayəndələri, qanunvericilər qarşısında çıxış edərkən maliyyə problemlərindən şikayət etməmişlər, xilas edənlər isə öyünmüşlər ki, onların «Spasatel MÇS Rossii» qəzetini, hətta Monqolustanda da alırlar. Sərhəd xidməti qeyd etdi ki, KİV nəşrindən dəyən ziyanı kənar sifarişlərlə bərpa edir. Amma Müdafiə Nazirliyində vəziyyət çox acınacaqlı olduğu məlum oldu. Müdafiə Nazirinin müavini Nikolay Pankovun sözlərinə görə, strukturun bütün KİV-i «qalıq Prinsipi üzrə» maliyyələşdirilirlər, «Krasnaya zvezda» qəzeti isə, «az qala ölüm ayağındadır». Güc strukturlarının nümayəndələri «Zvezda» və başqa «Sərhəd»lərin dirçəltməyin zəruriliyinə şübhə etmirlər. FŞ-da paylanmış arayışda deyilir ki, «hərbi, milis və bu kimi mətbuat sistemlərinin ləğvi, tərbiyə-vətənpərvərlik işi ilə məşğul olan dövlət institutlarını son dərəcə azaldır». Bununla yanaşı, bu KİV ictimaiyyətə «müəyyən dozalarla olsa da, daha obyektiv informasiya» çatdırırlar.
DİN və Müdafiə Nazirliyini başa düşmək olar: liberal nəşrlər bu strukturların işindəki protokollardan ənənəvi olaraq tez-tez yazırlar. Müdafiə Naziri Sergey İvanov jurnalistin Andrey Sıçovla bağlı qalmaqalı haqqında sualına cavab olaraq, bu hadisəni çox ciddi problem hesab etmədiyini deyən kimi Rusiyanın az və ya çox müstəqil KİV-i o dəqiqə car çəkdilər ki, Müdafiə Naziri yeni əsgərin ayaq və cinsi orqanlarının amputasiyasında heç bir problem görmür. Hadisə elə rezonansa səbəb oldu ki, Sergey İvanov təcili surətdə öz mövqeyini dəyişmək məcburiyyətində qaldı: Sıçovla bağlı qalmaqal yolverilməz hadisə kimi qəbul edildi, hərbi hissələrdə isə dedovşina təzahürlərinin aşkar edilməsi üzrə genişmiqyaslı kampaniya başlandı. Andrey Sıçovun çoxdan qulluq edən əsgərlər tərəfindən döyülməsi hadisəsi yanvarın axırında qəzetlərə çatdı, fevralın ortalarına yaxın isə Müdafiə Naziri birinci şokdan özünə gəldi və taktikasını dəyişdi – müdafiədən hücuma doğru. O, KİV-i yaz çağırışını pozmaq cəhdində ittiham etdi və onları «nəşrlərinin Konstitusiyaya müvafiqliyi istiqamətində» yoxlayacağına söz verdi.
Müdafiə Nazirinin KİV-in tənqidinə cavabı nə dərəcədə uyğundur? Güc strukturları, belə xərclərin məqsədəuyğunluğuna heç şübhə etmirlər: FŞ-da dinləmələr zamanı paylanan arayışda deyilir ki, «Rusiya oxucusu və tamaşaçısının (onlar rəsmi nəşrlərə inanırlar) mentaliteti» və «tarixi ənənələr (çar ordusu mətbuatının və sovet jurnalistikasının ictimai fikrə təsiri) təşkilat mətbuat orqanlarının müvəffəqiyyətinin təminatıdır».
Lakin Müdafiə Nazirliyinin «Zvezda» telekanalını işə salması hadisəsi bunun əksini təsdiq edir. Müdafiə Nazirliyinin vəziyyətini qiymətləndirərkən konteksti də unutmaq olmaz. Bu ilin əvvəlində orduda dedovşina hadisələrinin üzə çıxarılmasından sonra «tərbiyəvi-vətənpərvərlik işinin» zəruriliyi haqqında bəyanatlar, sözün əsl mənasında həyasızlığa bənzəyir. Bu yaxınlarda əsgər anaları komitəsi dedovhina ilə mobil telefonlar vasitəsi ilə mübarizə aparmağı təklif etdi. Hüquq müdafiəçiləri əmindirlər ki, hər yeni əsgərdə mobil telefon olsa, ordudan daha az əlil qayıdar. Çətin ki, ordunun mobil telefonlarla tam təmin edilməsinə sərf olunan xərclər Müdafiə Nazirliyinin böyük media imperiyasının təminat xərclərindən çox olsun. Lakin hərbi müəssisə kompromiss haqqında heç eşitmək belə istəmir və təbliğat üçün pul tələb edir.

Andrey Lomkin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO